Xəbər axtarın

Son axtarış nəticələri:

Leyla Əliyeva Türkmənistandadır - FOTO

19.10.2026 18:11

Leyla Əliyeva Türkmənistandadır - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Türkmənistana səfərə gəlib.

Primeinfo.az xəbər verir ki, Aşqabad şəhərinin beynəlxalq hava limanında Leyla Əliyevanı Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva qarşıladı.

Sonra Leyla Əliyevanın Oğulcahan Atabayeva ilə çay masası əsnasında qısa görüşü oldu.

Paylaş: