Xəbər axtarın

Son axtarış nəticələri:

"Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar - FOTO

18.10.2026 15:40

"Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar - FOTO

“Şahinlərin Görüşü – 2026” birgə taktiki-uçuş təliminin iştirakçıları Bakıda yerləşən Hərbi Qənimətlər Parkında olublar.

Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qonaqlara açıq hava muzeyi və parkdakı eksponatlar, o cümlədən tanklar, artilleriya qurğuları və döyüş zamanı qənimət götürülmüş digər ağır silahlar haqqında ətraflı məlumat verilib.

Ziyarətçilər Hərbi Qənimətlər Parkını gəzərək şanlı Zəfər tarixi və Azərbaycan əsgərinin rəşadətini bir daha böyük qürur hissi ilə yad ediblər.

Xatırladaq ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi qulluqçularının, aviasiya və hava hücumundan müdafiə vasitələrinin qatıldığı təlimin əsas məqsədi şəxsi heyətin peşəkar hazırlığının artırılması, qarşılıqlı təcrübə mübadiləsini genişləndirilməsi və birgə fəaliyyət imkanlarının təkmilləşdirilməsidir. “Şahinlərin Görüşü – 2026” müştərək taktiki-uçuş təlimi oktyabrın 20-dək davam edəcək.

"Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar - FOTO "Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar - FOTO "Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar - FOTO "Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar - FOTO

Paylaş: