Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə ilə Almaniya mövcud münaqişə bölgələri ətrafında fikir mübadiləsi aparıb

17.10.2026 23:00

Türkiyə ilə Almaniya mövcud münaqişə bölgələri ətrafında fikir mübadiləsi aparıb

Türkiyə Milli Müdafiə Nazirliyinin (MMN) nümayəndə heyəti Almaniya Federal Müdafiə Nazirliyinin parlament məsələləri üzrə dövlət katibi, doktor Nils Şmidə nəzakət səfəri edib və mövcud münaqişə bölgələri nəzərə alınmaqla, regional təhlükəsizliyin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Primeinfo.az xəbər verir ki,bu barədə Türkiyə MMN-in “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Daha sonra Almaniya Federal Müdafiə Nazirliyinin siyasət direktoru, doktor Martin Şefer və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşlərdə, ilk növbədə, mövcud münaqişə bölgələri nəzərə alınmaqla, regional təhlükəsizliyin gücləndirilməsi, iki ölkənin ortaq maraqlarının qorunması və əməkdaşlıq sahələrinin genişləndirilməsi imkanları müzakirə edilib. Bu çərçivədə həyata keçirilə biləcək konkret tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Təmaslar zamanı Türkiyə ilə Almaniya arasında strateji əməkdaşlığın əhəmiyyəti vurğulanıb, regional sülhə və sabitliyə töhfə verəcək, konkret nəticələrə yönəlmiş təmasların davam etdirilməsi barədə razılıq təsdiqlənib.

Paylaş: