![]()
İraq parlamentində boş nazir vəzifələri üçün seçki keçirilib.
Primeinfo.az xəbər verir ki, ilk dəfə İraq Türkmən Cəbhəsinin (İTC – İraq türkmənlərinin siyasi birliyi) başqanı nazir vəzifəsinə seçilib.
İTC lideri Mehmet Seman Ağa dövlət naziri olub.
İraq Parlamentində keçirilən səsvermədə Məhəmməd Təmim, Leyt Xəzali və Möhsün Mandalavi baş nazirin müavinləri seçiliblər.
Naif Şammari müdafiə naziri, Yasir Maliki daxili işlər naziri, Kuteybə Qazi planlaşdırma naziri, Haydar Baha ali təhsil naziri, Yasin İtavi mədəniyyət naziri və Əli Rebaz Hemlan yenidənqurma və mənzil naziri təyin edilib.
Məhəmməd Musəvi əmək və sosial işlər naziri, Sefa Kənan isə idman və gənclər naziri seçilib.
Parlament tərəfindən seçilən baş nazirin müavinləri və yeni nazirlər and içərək vəzifələrinə başlayıblar.
Lakin hələlik İraq Miqrasiya və Qaçqınlar Nazirliyinə namizəd seçilməyib.
Qeyd edək ki, Mehmet Seman Ağa həm də Kərkük qubernatorudur. O, bir əsr sonra bu vəzifəyə seçilən etnik türkmən kimi də tarixə düşüb. Yeni dövlət nazirinin qubernatorluqdan isteda verməsi gözlənilir.
Onun yerinə qubernatorun yenidən türkmənlar arasından seçiləcəyi nəzərdə tutulur.