Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub - FOTO

14.10.2026 19:10

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub - FOTO

Bu gün Baş nazir Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşüb.

Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən xəbər verilib.

Görüşdə H.Manetin Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti vurğulanıb, səfərin Azərbaycan-Kamboca dostluq əlaqələrinin daha da möhkəmlənməsi üçün yeni imkanlar açacağı bildirilib.

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Görüşünün əhəmiyyəti qeyd olunub.

Azərbaycan ilə Kamboca arasında siyasi dialoqun və çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyətin uğurla inkişaf etdiyi, parlamentlərarası və partiyalararası əlaqələrin də genişləndiyi vurğulanıb.

Görüşdə ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, energetika, nəqliyyat-logistika, minatəmizləmə, dövlət xidmətləri, təhsil və turizm sahələrində qarşılıqlı fəaliyyətin inkişaf perspektivləri müzakirə olunub.

Paylaş: