Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı ümumi təhsil müəssisələrində məktəb rəhbərliyi tərəfindən monitorinqlər təşkil edilib, profilaktik söhbətlər aparılıb. Ümumtəhsil müəssisələrində şagirdlərin məktəbli formasına uyğun geyinməsi təhsil mühitində vahidliyin qorunması və daxili intizam qaydalarına əməl olunması baxımından vacib amillərdən biridir.
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. Primeinfo.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə foto paylaşılıb. Bildirilib ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb.
İranın dövlət televiziya və radio qurumu olan IRIB-in Azərbaycan dilində yayımlanan “Sahar Azəri” kanalında guya Türkiyədə ölkəmizlə bağlı aksiya keçirilməsi barədə yanlış məlumat yayılıb.
Dövlətin vəzifəsi dini müəyyənləşdirmək deyil, insanın hüququnu, uşağın azadlığını və cəmiyyətin gələcəyini qorumaqdır…
Son günlər Türkiyədən Azərbaycandakı məktəblərdə qız şagirdlərin baş örtməsi ilə bağlı müzakirələrə müdaxilə edən, Azərbaycan dövlətinin mövqeyini “sovet qalığı” kimi təqdim edən çoxsaylı sosial media paylaşımlarına rast gəlirik.
Azərbaycan məktəblərində hicab qadağası məsələsi yenidən gündəmə gəlib. Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə bununla bağlı qızğın müzakirələr gedir.