Xəbər axtarın

Son axtarış nəticələri:

Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - FOTO

12.10.2026 10:13

Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - FOTO

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın eks-prezidenti, hazırda ev dustağı olan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə ağır itki üz verib.

Primeinfo.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, İ.Əliyevin qardaşı, uzun müddət müxtəlif qurumlarda rəhbər vəzifələrdə çalışmış Fikrət Əliyev dünyasını dəyişib.

Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - FOTO

Qeyd edək ki, Fikrət Əliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində polkovnik rütbəsində işləyib.

O, Beynəlxalq Universitetdə prorektor, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yanında Mərkəzi Hərbi-Həkim Komissiyasının sədri vəzifələrini də tutub.

Ramiz Mehdiyev AMEA prezidenti seçildikdən bir ay sonra isə AMEA İşlər idarəsinin müdir müavini təyin olunub

Paylaş: