Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya Ukraynanı VURDU: Ölənlər və yaralılar var

12.10.2026 10:25

Rusiya Ukraynanı VURDU: Ölənlər və yaralılar var

Rusiya silahlı qüvvələri oktyabrın 11-i axşam saatlarında Ukraynanın Xarkov şəhərinin ətrafına və İvano-Frankivskə raket zərbələri endirib.

Primeinfo.az UNIAN-a istinadən xəbər verir ki, hücum nəticəsində 6 nəfər həlak olub, azı 9 nəfər yaralanıb.

Yaralılar arasında uşaqlar da var.

Qeyd edək ki, Xarkov şəhərinin ətrafına endirilən raket ərzaq mağazasının binasına düşüb.

Zərbədən sonra hadisə yerində güclü yanğın baş verib. Daha sonra mağazanın konstruksiya elementlərini və avtomobilləri əhatə edən yanğının 300 kvadratmetr sahədə lokallaşdırıldığı açıqlanıb.

Hücum nəticəsində ərzaq mağazasının binasına, 5 avtomobilə, 2 çoxmənzilli yaşayış binasına və 1 fərdi evə ziyan dəyib.

Bundan başqa, Rusiya qüvvələri İvano-Frankivsk şəhərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Paylaş: