Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya Kiyev və Zaporojyeni VURDU: Ölənlər və yaralılar var - FOTO - VİDEO

11.08.2026 10:57

Rusiya Kiyev və Zaporojyeni VURDU: Ölənlər və yaralılar var - FOTO - VİDEO
Ötən gecə Rusiya Silahlı Qüvvələri Kiyev şəhərinə ballistik raketlərlə zərbələr endirib. Nəticədə yanğınlar qeydə alınıb, yaralananlar var.

Primeinfo.az bu barədə UNIAN agentliyinə istinadən məlumat verir.

Bildirilib ki, gecə saatlarında Kiyevdə ballistik raketlərin tətbiqi təhlükəsi ilə əlaqədar hava həyəcanı elan edilib və qısa müddət sonra partlayışlar baş verib.

Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına əsasən, Şevçenko rayonunda anbarlarda yanğın meydana gəlib və bir nəfərin yaralandığı qeyd olunub. Səhər saatlarında isə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti paytaxta edilən hücumun fəsadlarını nümayiş etdirib.

Xilasedicilərin məlumatına görə, Şevçenko rayonunda yerləşən uşaq xəstəxanalarından birinin ərazisinə mərmi düşüb. Həmçinin Şevçenkonun digər ərazisində 1 200 kvadratmetr sahəni əhatə edən anbar kompleksində dağıntılar və yanğın baş verib.

Hücum nəticəsində bir qadının xəsarət aldığı müəyyənləşib.

Bundan əvvəl isə Rusiya ordusu Zaporojye şəhərinə ardıcıl aviazərbələr endirib, nəticədə 6 nəfər ölüb, 19 nəfər yaralanıb.

Dnepropetrovsk vilayətində isə Rusiya ordusu artilleriya və dronlardan istifadə etməklə beş rayona 20 dəfədən çox zərbə endirib. Nəticədə 3 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

Paylaş: