Xəbər axtarın

Son axtarış nəticələri:

SON DƏQİQƏ: Rusiya Kiyevə zərbələr ENDİRİB: Ölən və yaralılar var

08.07.2026 10:35

SON DƏQİQƏ: Rusiya Kiyevə zərbələr ENDİRİB: Ölən və yaralılar var

Rusiyanın gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə endirdiyi zərbələr nəticəsində 2 nəfər xəsarət alıb, bir qadın ölüb.

Primeinfo.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkoya və Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat yayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Kiyevdə yenidən partlayış səsləri eşidilib. Bu – gün ərzində şəhərdə qeydə alınan ikinci partlayış olub. Kiyev Şəhər Hərbi Administrasiyası saat 04:46-da paytaxtda hava həyəcanı elan edildiyini açıqlayaraq sakinləri dərhal sığınacaqlara enməyə çağırıb. Ukrayna Hərbi Hava Qüvvələri isə Kiyev istiqamətində reaktiv pilotsuz uçuş aparatının hərəkət etdiyini bildirib.

Hava həyəcanı siqnalı ilə eyni vaxtda şəhərdə güclü partlayış səsi eşidilib. İlkin ehtimala əsasən, partlayış hava hücumundan müdafiə qüvvələrinin pilotsuz uçuş aparatını vurması nəticəsində baş verib.

Kiyev şəhərinin meri Vitali Kliçko “Teleqram” səhifəsində yazıb ki, Kiyevin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayanıb. Desnyansk və Svetyoşin rayonlarında dağıntılar var.

Xatırladaq ki, iyulun 6-na keçən gecə Kiyevə edilən kütləvi raket və dron zərbələri nəticəsində 19 mülki şəxs həlak olub, 60 nəfəri isə xəsarət alıb.

 

 

Paylaş: