Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ İrana zərbələr endirib: Bir neçə şəhərdə PARTLAYIŞLAR baş verib - VİDEO

11.06.2026 10:12

ABŞ İrana zərbələr endirib: Bir neçə şəhərdə PARTLAYIŞLAR baş verib - VİDEO

ABŞ ordusu bu gecə İranda bir neçə hədəfə qarşı hərbi əməliyyat həyata keçirib.

Primeinfo.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, Baş komandanın göstərişi ilə İran daxilində hədəflərə özünümüdafiə zərbələri endirilib.

“Bu zərbələr İranın “əsassız və davamlı təcavüzkar hərəkətlərinə” cavab olaraq endirilib”, – açıqlamada deyilir.

İran mediasının məlumatına görə, ölkənin cənubundakı Bəndər Abbas, Sirik və Minab şəhərlərində partlayış səsləri eşidilib.

Bu hücumlar ABŞ ordusuna məxsus helikopterin Hörmüz boğazı yaxınlığında qəzaya uğramasından bir gün sonra baş verib. ABŞ Prezidenti Donald Tramp hadisəyə görə İranı məsul tutub və Vaşinqtonun cavab tədbirləri görəcəyini bildirib.

ABŞ tərəfi son zərbələri də həmin hadisə və İranın son fəaliyyətləri ilə əlaqələndirir.

Paylaş: