“Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum terror aktıdır və buna qətiyyətlə cavab veriləcək”. Primeinfo.az xəbər verir ki,bunu Yəməndə qanuni hakimiyyəti dəstəkləyən koalisiyanın rəsmi nümayəndəsi, briqada generalı Türki əl-Maliki deyib. Qeyd edək ki, hava limanına edilən hücum nəticəsində 12 nəfər ölüb, 309 nəfər yaralanıb.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid adına beynəlxalq hava limanında güclü partlayış baş verib.
Məkkə sazişi çərçivəsində ortaq müdafiə məqsədilə yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin növbəti iclası oktyabrın 5-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir. Primeinfo.az xəbər verir ki, qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi finalda Özbəkistanla qarşılaşıb. Rəqibinə 45:43 hesabı ilə qalib gələn komandamız qızıl medala sahib çıxıb.
Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlayıb. Primeinfo.az-ın məlumatına görə, tədbir “Al Janadryah”da təşkil olunub. Açılış mərasimindəki paradda Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyacaqlar.