Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dollardan çoxdur

09.10.2026 11:12

Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dollardan çoxdur
Bu il oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard 380,7 milyon ABŞ dolları təşkil edib.

Primeinfo.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il oktyabrın 1-nə nisbətən 9,7 % çoxdur.

Sentyabrda ölkənin strateji valyuta ehtiyatları 1 milyard 389 milyon ABŞ dolları azalıb. 2025-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edib.

Paylaş: