Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub - FOTO
Dünyaşöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Charles Veleyin başçılığı ilə Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyyahların səfərinin növbəti ünvanı Zəngilan olub. Primeinfo.az xəbər verir ki, Zəngilan səfəri zamanı səyyahlar Horadiz-Ağbənd avtomobil yolu və dəmir yolunda gedən işlərlə tanış olublar. Məlumat üçün bildirilib ki, Horadiz–Ağbənd avtomobil yolu birinci texniki dərəcəyə uyğun inşa edilir.