
“Ermənistan tərəfi bilməlidir ki, onun zamanı uzatması bizi qane etmir. Mən hesab edirəm ki, Naxçıvanın uzun müddət blokadada saxlanılması Ermənistanın apardığı təxribat siyasətidir. Ona görə də bütün danışıqlarda bu məsələ daima dilə gətirilməlidir”.
Primeinfo.az xəbər verir ki, bu sözləri millət vəkili Elşad Musayev Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O əlavə edib ki, eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı da Ermənistan bəhanələrə son verməlidir: “Qeyd edim ki, Mehridən gedən köhnə dəmiryolu xətti Azərbaycanın mülkiyyətində olub”.
Davamı “Qırmızı masa”da: