Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan-Gürcüstan

Gürcüstandan Azərbaycana avtomobil ixracı 32% azalıb

Gürcüstandan Azərbaycana avtomobil ixracı 32% azalıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 149,6 milyon ABŞ dolları dəyərində 4 336 ədəd minik avtomobili ixrac olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur. Avtomobillərin dəyəri ötən ilin eyni dövrünə nisbətdə 12,26%, sayı isə 2 031 ədəd və yaxud 31,9% azalıb.

Saakaşvili: "İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm"

Saakaşvili: "İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm"

      “Hesab edirəm ki, mənim prezidentliyimin əsas nailiyyətlərindən biri Gürcüstan azərbaycanlılarının hüquqi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağımdır. Onlara qarşı həyata keçirilən reketçiliyə son qoydum. Onlar üçün həm Gürcüstanda, həm də xaricdə ali təhsil almaq imkanlarının qapısını açdım, onlara qarşı iqtisadi və hüquqi ayrı-seçkiliyinə son qoydum”.

Tbilisidə Azərbaycan bayrağı olan stend aşırdılıb - FOTO

Tbilisidə Azərbaycan bayrağı olan stend aşırdılıb - FOTO

Gürcüstanın paytaxtı Tbilisinin yaxınlığındakı Krtsanisi Milli Meşə Parkında Azərbaycan Respublikasının bayrağı olan stend aşırdılıb, stenddəki Azərbaycan bayrağının üzəri isə cızılıb. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə sentyabrın 29-da qeydə alınıb. Bununla belə, Gürcüstan bayrağına zədə yetirilməyib.

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO - YENİLƏNİB

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO - YENİLƏNİB

Tovuzda qatarda yanğın olub. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Azərbaycanda Gürcüstana gedən yük qatarının bir vaqonunda Tovuz stansiyası ərazisində yanğın qeydə alınıb. İlkin məlumata görə, yanğın 42 vaqondan ibarət yük qatarının 36-ci vaqonunda 70 ton kükürd tozunda tüstülənmə səbəbilə baş verib.

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb - FOTO

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 30-da Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze ilə görüşüb. Nazirlər Kabinetindən Primeinfo.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı etimada və mehriban qonşuluq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub. Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanları arasında da səmərəli əməkdaşlığın möhkəmlənməsindən məmnunluq ifadə edilib.

Gürcüstanın Baş prokuroru Azərbaycana gəlib

Gürcüstanın Baş prokuroru Azərbaycana gəlib

“Bizim Azərbaycanla çox yaxın münasibətlərimiz var. Azərbaycanla Gürcüstan arasında yaxşı əməkdaşlıq mövcuddur”. Primeinfo.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyevin dəvəti ilə Azərbaycana səfərə gələn Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze deyib.