
“Bizim Azərbaycanla çox yaxın münasibətlərimiz var. Azərbaycanla Gürcüstan arasında yaxşı əməkdaşlıq mövcuddur”.
Primeinfo.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyevin dəvəti ilə Azərbaycana səfərə gələn Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze deyib.
Giorgi Qvarakidze bildirib ki, iki ölkə arasında dostluq münaisbətləri hüquq sahəsində əməkdaşlığa öz töhfəsini verir:
“Mənim dostum, çox hörmət etdiyim Baş prokuror Kamran Əliyevin dəvəti ilə Gürcüstan nümayəndə heyəti bu gün Azərbaycana səfərə gəlib. Biz Azərbaycan Baş Prokurorluğunda olduq, rəsmi səfər çərçivəsində görüşlərimiz oldu, fikir mübadiləsi apardıq. Ümid edirəm ki, bu, bizim iki ölkənin hüquq-mühafizə orqanları arasında sıx əməkdaşlığa öz töhfəsini verəcək”.