
Bakıda genişmiqyaslı polis əməliyyatı keçirilib.
Primeinfo.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilir ki, bu gün “28 May” metrostansiyasının qarşısında polis əməkdaşları tərəfindən əməliyyat aparılıb.
Məlumata görə, əməliyyat zamanı məktəblərdə geyim qaydalarına qarşı çıxaraq, ictimai asayişi pozmağa cəhd etdikləri bildirilən 200-dən çox adam saxlanılıb.
Onlardan 100-dən çoxu barəsində cinayət işi açıldığı bildirilir.






















