Xəbər axtarın

Son axtarış nəticələri:

İsrailin şimalında sursat PARTLAYIB - 12 turist xəsarət alıb

12.10.2026 18:59

İsrailin şimalında sursat PARTLAYIB - 12 turist xəsarət alıb

İsrailin şimalında, Livan sərhədi yaxınlığındakı Neot Mordexay ərazisində partlamamış sursatın detonasiya etməsi nəticəsində təxminən 12 turist xəsarət alıb.

Primeinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Xəsarət alanlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumatlarda hadisənin səbəbinin partlamamış hərbi sursat ola biləcəyi qeyd olunur.

Hadisə yerinə tibbi yardım briqadaları və təhlükəsizlik qüvvələri cəlb edilib. Polis və istehkam mütəxəssisləri partlayışın səbəblərini araşdırır.

Partlayışın dəqiq səbəbi ilə bağlı rəsmi araşdırma davam edir.

Paylaş: