
Prezident İlham Əliyevin “2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” müvafiq Sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülmüş 102 tələbədən 35-i SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) təhsil alır.
Primeinfo.az xəbər verir ki, təqaüdçülərin üçdə birindən çoxunu BANM tələbələri təşkil edir. Beləliklə, BANM Prezident təqaüdçülərinin sayına görə artıq 7-ci dəfədir ölkə üzrə lider mövqedədir.
Qeyd edək ki, BANM-in Prezident təqaüdçülərindən 13 nəfəri Maliyyə, 10 nəfəri İnformasiya təhlükəsizliyi, 8 nəfəri Kimya mühəndisliyi, 3 nəfəri Kompüter elmləri, 1 nəfəri isə Data analitikası ixtisasının tələbəsidir.