Gürcüstan Rusiyanın bir sıra gürcü şirkətlərinin məhsullarının idxalına qoyduğu qadağa qərarına yenidən baxacağına ümid edir. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib. O, hazırda bu məsələ ilə bağlı işlərin aparıldığını vurğulayıb.
İsveçrənin xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis oktyabrın 16-da Gürcüstana rəsmi səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə İsveçrənin Gürcüstandakı səfirliyindən bildirilib. Məlumata əsasən, İqnasio Kassis səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze və xarici işlər naziri Maka Boçorişvili ilə görüşlər keçirəcək.
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili 2008-ci ilin avqustunda Rusiya ilə baş vermiş müharibənin nəticələri barədə diqqətçəkən açıqlama verib.
Moskvada Rusiya, Gürcüstan və Ermənistan arasında Qara dəniz sahili boyunca “Putinin yolu” adlı dəmir yolu və avtomobil yolu bağlantısı layihəsi təqdim edilib. Primeinfo.az xəbər verir ki, bu barədə “Vektor Kavkaza” məlumat yayıb. Məlumata görə, sentyabrın 28-də Moskvada “Cənubi Qafqazın nəqliyyat-logistika şəbəkələrinin inkişaf perspektivləri” mövzusunda keçirilən beynəlxalq konfransda Kremlyönlü tədqiqat qurumları Rusiya, Gürcüstan və Ermənistan arasında Qara dəniz sahili üzərindən “Putinin yolu” adlı dəmir yolu və avtomobil yolu layihəsini təqdim ediblər.
İranın Gürcüstandakı səfiri Seyed Ali Moucani “Facebook” səhifəsində paylaşımı ilə diplomatik qalmaqal yaradıb. Primeinfo.az xəbər verir ki, diplomat İran səfirliyinin binasının fasadına proyeksiya olunmuş gürcü çariçası Ketevanın təsvirini paylaşaraq tezliklə bu tarixi şəxsiyyət barədə ilkin araşdırmalarının nəticələrini təqdim edəcəyini bildirib. Səfirin bu hərəkəti Gürcüstan parlamentinin üzvləri tərəfindən kəskin narazılıqla qarşılanıb.
Gürcüstanda 1 600 məcburi köçkün ailəsinə yeni mənzillər verilib. Primeinfo.az xəbər verir ki,Gürcüstanda 1 600 məcburi köçkün ailəsi yeni,tam təmirli mənzillərlə təmin olunacaq. Gürcüstanın Baş naziri İrakli Kobaxidze məcburi köçkün ailələrinə mənzillərin verilməsi mərasimində bildirib ki, bu, indiyədək həyata keçirilən ən böyük layihədir.
Georgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı yeni səfiri təyin edilib. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb. Bakıdakı səfir postunda Zurab Pataradzeni əvəz edən G.
Geka Geladze Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri vəzifəsindən istefa verib. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Geka Geladze qurumun rəsmi saytında yayımlanan açıqlamada bildirib. O, qərarın siyasi komanda ilə məsləhətləşmələrdən sonra qəbul edildiyini qeyd edib.
Gürcüstanda həyata keçirilmiş genişmiqyaslı miqrasiya nəzarəti tədbirləri nəticəsində ölkədə qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Həmin şəxslər arasında Keniya, Türkiyə, Rusiya, Hindistan, Misir, Qana, Efiopiya, Özbəkistan, Filippin, Sudan, Kamerun, Çin və Azərbaycan vətəndaşları var.
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, təcili enişə səbəb təyyarənin mühərrikində yaranan nasazlıq səbəb olub.