
Ukrayna Rusiyanın bir neçə bölgəsinə eyni vaxtda raket və dron zərbələri endirib.
Primeinfo.az xəbər verir ki, zərbə hədəflərindən biri Rostov vilayətindəki Novoşaxtinsk Neft Emalı Zavodu olub. Zavodda yanğın baş verib və ehtimal olunur ki, saxlama çəninə ziyan dəyib. Belə ki, Novoşaxtinskdə bir sıra partlayışlar baş verib, bundan sonra yerli sakinlər neft emalı zavodunun ərazisində yangın müşahidə ediblər.
Novoşaxtinsk Neft Emalı Zavodu 2009-cu ildə istifadəyə verilib və ildə 5,6-7,5 milyon ton neft emalı gücünə malikdir. Neft emalı zavodu Rusiyanın cənubunda ən böyük neft məhsulları tədarükçülərindən biri hesab olunur. Zavod benzin, dizel yanacağı, aviasiya kerosini, yanacaq yağı və bitum istehsal edir. O, Transneft əsas boru kəməri sisteminə qoşulub.
Bu zavod dəfələrlə Ukrayna dronları tərəfindən hədəf alınıb. 2025-ci ilin avqust, 25 sentyabr 2026-cı il hücumlarından sonra həftələrlə fəaliyyətini dayandırıb.
Xatırladaq ki, neft emalı zavoduna 23 noyabr gecəsi də hücum edilib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı daha sonra 20 üfüqi saxlama çəninin məhv edildiyini, daha 21 üfüqi və 11 şaquli çənin və boru kəmərinin bir hissəsinin də zədələndiyini bildirmişdi.
Ötən gecə həmçinin Samara bölgəsindəki Samara Xətt Əməliyyatları Dispetçer Stansiyası yenidən hədəf alınıb. 71 böyük saxlama çənindən ibarət stansiya Rusiya neftinin ixracında mühüm rola malikdir. O, Rusiyada və Avropada ən böyük neft anbarı hesab olunur.
Oktyabrın əvvəlində stansiyaya endirilən zərbə ilə 11 çən sıradan çıxarılmışdı.
Bundan əlavə, dünən axşamdan bəri Moskva vilayəti də hücuma məruz qoyulub. Moskva meri Sergey Sobyanin paytaxt regionuna 462 dronla hücum olunduğunu, onlardan 130-a yaxının bilavasitə Moskva şəhəri ətrafında məhv edildiyini bildirib.
Moskva hava limanları gecədən fəaliyyətini dayandırıb.