Xəbər axtarın

Son axtarış nəticələri:

Omanda neft tankeri minaya düşüb

27.11.2026 19:40

Omanda neft tankeri minaya düşüb

Omanın Qənəm adasının şimalında neft tankeri minaya düşüb.

Primeinfo.az APA-ya istinadən xəbər verir ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri bu gün səhər iki neft tankerinin Hörmüz boğazının icazəsiz marşrutu ilə Omanın Qənəm adasının şimalından gizli keçməyə cəhd etdiyini açıqlayıb.

Bildirilib ki, tankerlərdən biri dəniz minasına düşərək partlayıb, onu müşayiət edən digər tanker isə geri qayıtmağa məcbur olub.

SEPAH son günlər Hörmüz boğazından icazəsiz marşrutla keçməyə cəhd edən neft tankerlərinin sayının kəskin azaldığını bildirib.

Paylaş: