Xəbər axtarın

Son axtarış nəticələri:

“Biletim.az”da yeni ödəniş imkanları yaradıldı

26.11.2026 13:30

“Biletim.az”da yeni ödəniş imkanları yaradıldı

“Biletim.az” portalı ilə “Birbank” arasında əməkdaşlıq çərçivəsində sərnişinlər üçün yeni ödəniş imkanları yaradılıb.

Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Yeniliklərə əsasən, sərnişinlər “BirPay” vasitəsilə ödəniş edə, topladıqları “Bir Bonus”lardan bilet alışında istifadə edə biləcəklər. Həmçinin ödənilmiş biletlər geri qaytarıldıqda, ödəniş məbləği dərhal sərnişinlərin hesabına köçürüləcək. Əməkdaşlıq çərçivəsində komissiya xərclərinin azaldılması isə bilet alışına görə ödənilən ümumi məbləğin daha aşağı olmasına imkan yaradacaq.

Qeyd edək ki, “biletim.az” portalı vasitəsilə 62 məntəqəyə 98 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 378 reys üzrə 426 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcıları və avtovağzalları əhatə edəcək.

Vətəndaşlara mənzil başına daha rahat və təhlükəsiz çatmaq üçün biletləri onlayn qaydada “Biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

Paylaş: