Xəbər axtarın

Son axtarış nəticələri:

MM-də İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçirilir

25.11.2026 12:52

MM-də İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçirilir

Noyabrın 25-də Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçirilir.

Primeinfo.az xəbər verir ki, Forumda “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və perspektivlər” mövzusunda fikir mübadiləsi aparılır.

Tədbir zamanı Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2027-2028-ci illər üçün praktiki tədbirlər planının (“Yol xəritəsi”) imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, Forum çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin və Özbəkistan Respublikası Ali Məclisinin parlamentlərarası əməkdaşlıq komissiyasının birinci iclası da keçiriləcək.

Paylaş: