
Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycana rəsmi səfərə gəlib.
Primeinfo.az xəbər verir ki, onun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 25-də Şəhidlər xiyabanını ziyarət edib.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram bildirilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.