
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) və Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri, eks xarici işlər naziri Hikmət Çətin 89 yaşında vəfat edib.
Primeinfo.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Hikmət Çətin 2025-ci ilin payızında soyuqdəymə və pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bir müddət reanimasiya şöbəsində müalicə aldıqdan sonra evə buraxılıb.
Bu il yenidən xəstəxanaya yerləşdirilən siyasətçinin müalicəsi İstanbulda davam etdirilirdi.
Qeyd edək ki, 1937-ci ildə Diyarbəkirdə anadan olan Hikmət Çətin siyasətçi, iqtisadçı və diplomat olub, müxtəlif dövlət vəzifələrində çalışıb.
O, Türkiyə Böyük Millət Məclisinin sədri (1997-1999), Türkiyənin xarici işlər naziri (1991-1994), Türkiyə Baş nazirinin müavini (1995), NATO-nun Əfqanıstandakı Baş Mülki Nümayəndəsi (2003-2006) olub.
Bir müddət Cümhuriyyət Xalq Partiyasına rəhbərlik edib (1995).
Bir neçə çağırış Türkiyə Böyük Millət Məclisinə seçilib.