Xəbər axtarın

Son axtarış nəticələri:

“Suxişvili” Gürcüstan Milli Baleti Bakı səhnəsində – FOTO - VİDEO

24.11.2026 17:34

“Suxişvili” Gürcüstan Milli Baleti Bakı səhnəsində – FOTO - VİDEO

80 illik zəngin tarixə malik, dünya miqyasında tanınan “Suxişvili” Gürcüstan Milli Baleti ilk dəfə Azərbaycana gəlib.

Primeinfo.az xəbər verir ki, məşhur rəqs kollektivi Heydər Əliyev Sarayının səhnəsində möhtəşəm proqramla çıxış edib.

Gecə ərzində tamaşaçılar gürcü milli rəqs sənətinin ən parlaq nümunələri, dinamik xoreoqrafiya, yüksək peşəkarlıq və virtuoz ifaların şahidi olublar. Milli musiqinin ritmi, rəqqasların səhnədəki çevikliyi, sinxron hərəkətləri və xüsusi səhnə quruluşu proqramı daha da yaddaqalan edib.

Gürcü xalqının milli-mədəni irsini özünəməxsus üslubda dünyaya tanıdan “Suxişvili” baleti çıxışları ilə yalnız rəqs nümayiş etdirməyib, eyni zamanda xalqın tarixini, ənənələrini və zəngin mədəniyyətini səhnə vasitəsilə tamaşaçılara çatdırıb.

Kollektivin Bakı səhnəsində ilk çıxışı Azərbaycan tamaşaçılarına dünya şöhrətli gürcü rəqs sənətini yaxından izləmək imkanı yaradıb.

Paylaş: