Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: hörmüz boğazı

ABŞ hərbi təzyiqi azaltsa, İran Hörmüzü açmağa hazırdır - Reuters

ABŞ hərbi təzyiqi azaltsa, İran Hörmüzü açmağa hazırdır - Reuters

ABŞ hərbi təzyiqi azaltsa və blokadanı aradan qaldırsa, İran Hörmüz boğazını 7 gün ərzində açmağa hazırdır. Primeinfo.az xəbər verir ki, bu barədə anonim İran rəsmisi “Reuters“ə danışıb. “ABŞ məsələni diplomatik yolla həll etmək niyyətini bəyan etməli, bunu rəsmiləşdirməli və prosesin necə irəliləyəcəyi haqqında vaxt cədvəli üzrə razılığa gəlməlidir”, – mənbə bildirib.

Hörmüz boğazında gəmi VURULDU

Hörmüz boğazında gəmi VURULDU

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi Hörmüz boğazında yeni insident barədə məlumat yayıb. Primeinfo.az xəbər verir ki, bildirildiyinə görə, Hörmüz boğazını keçərkən tanker naməlum mərmi ilə vurulub. Buna baxmayaraq, gəmi yoluna davam edib.

İranın mülki gəmisinə zərbə endirilib, ölən və yaralılar var

İranın mülki gəmisinə zərbə endirilib, ölən və yaralılar var

Hörmüz boğazında İranın mülki gəmisinə endirilən zərbə nəticəsində ən azı bir nəfər ölüb, üç nəfər yaralanıb. Primeinfo.az  xəbər verir ki, bu barədə Keşm rayonunun rəhbəri Əmir Teymuri məlumat verib. “Bu gün səhər saat 5 radələrində ticarət gəmisi Hənqam adası ilə Keşm adasının Şib-Dəraz sahili yaxınlığında zərbəyə məruz qalıb”, – deyə o əlavə edib.

Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı QƏBUL EDİB

Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı QƏBUL EDİB

Hörmüz boğazının giriş və çıxış marşrutlarının əhəmiyyətli hissəsi İranın nəzarətində olacaq. Primeinfo.az-ın xəbərinə görə, bu barədə İran parlamentinin sədr müavini Əli Nikzad ISNA-ya müsahibəsində bildirib. Omanla əldə olunan razılaşmaya toxunan Nikzad deyib ki, bu məsələdə artıq razılığa gəlinib.

FT: ABŞ Hörmüzdəki minaları dörd ay ərzində gecələr təmizləyib

FT: ABŞ Hörmüzdəki minaları dörd ay ərzində gecələr təmizləyib

ABŞ dörd ay ərzində gecələr Hörmüz boğazını minalardan təmizləyib. Primeinfo.az xəbər verir ki,bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, son aylarda ABŞ-nin Hörmüz boğazında İranla qarşılıqlı zərbə mübadiləsi aparmasına baxmayaraq, onlar həm də gizli əməliyyat həyata keçiriblər.

ISNA: Hörmüz boğazında neft tankeri hücuma məruz qalıb

ISNA: Hörmüz boğazında neft tankeri hücuma məruz qalıb

Hörmüz boğazında neft tankeri hücuma məruz qalıb.  Primeinfo.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb. Qeyd olunub ki, bir neft tankeri Hörmüz boğazı vasitəsilə Fars körfəzinə doğru hərəkət edərkən hava hücumuna məruz qalıb.

Qətər və İran XİN Hörmüzdə müvəqqəti dəhlizin yaradılmasını müzakirə edib

Qətər və İran XİN Hörmüzdə müvəqqəti dəhlizin yaradılmasını müzakirə edib

Qətər və İran Hörmüz boğazında müvəqqəti gəmiçilik yolunun yaradılmasını müzakirə edib. Primeinfo.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani Tehrana səfəri zamanı iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.