Xəbər axtarın

Son axtarış nəticələri:

“Koroğlu”dan Hava limanına gedən yolda maşınların hərəkəti məhdudlaşdırılacaq

20.11.2026 14:56

“Koroğlu”dan Hava limanına gedən yolda maşınların hərəkəti məhdudlaşdırılacaq

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciət edib.

İdarədən Primeinfo.az-a verilən məlumata görə, noyabrın 21-də saat 23:00-dan 05:45-dək metronun “Koroğlu” stansiyasından Hava limanı istiqamətində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işlər aparılacaq. Bununla əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq və alternativ istiqamətlər üzrə təşkil ediləcək.

Şəhərin mərkəzindən Hava limanı istiqamətinə isə alternativ yol olaraq metronun “Koroğlu” stansiyasının yanından Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavar Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmaddədin Nəsimi və Əli İsaqzadə küçələrindən, bununla yanaşı “8 Noyabr” prospektindən Zığ şosesinə keçməklə də hərəkət edə bilərlər.

Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən yaranacaq məhdudiyyətlə əlaqədar olaraq hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətinin təmin olunması və nəqliyyat vasitələrinin müvafiq istiqamətlərə yönləndirilməsi məqsədilə xidmət təşkil ediləcək.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunub.

Paylaş: