Xəbər axtarın

Son axtarış nəticələri:

Müsabiqədə jurnalistlərin paylaşımlarının bəyənmə sayı da əsas götürüləcək - Yeni QAYDALAR

20.11.2026 11:58

Müsabiqədə jurnalistlərin paylaşımlarının bəyənmə sayı da əsas götürüləcək - Yeni QAYDALAR

Fərdi jurnalist müsabiqəsində jurnalistlərin özlərinə məxsus “X”, “Instagram”, “TikTok”, “Facebook”, “Telegram” və “YouTube” platformalarında paylaşdıqları materialların auditoriya ilə qarşılıqlı əlaqə göstəriciləri də qiymətləndiriləcək.

Primeinfo.az xəbər verir ki, bu, Media və Yayım Şurasının yeni qaydalarında öz əksini tapıb.

Belə ki, jurnalistin müsabiqəyə təqdim etdiyi materialla bağlı fərdi rəqəmsal hesablarında yerləşdirdiyi paylaşımlar da qiymətləndirmə prosesinə daxil ediləcək. Paylaşımın topladığı bəyənmə, şərh, təkrar paylaşım və saxlamaların (save) ümumi sayı hesablanacaq.

Qeyd olunub ki, göstəricilərin süni artırılması nəticəsində yaranmış izləyici və qarşılıqlı əlaqə sayları qiymətləndirmədə nəzərə alınmır.

Qeyd edək ki, yenilənmiş qaydalarla buradan tanış ola bilərsiniz.

 

Paylaş: