
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsaslı dəyişikliklər ediləcək.
Primeinfo.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı Lənkəranda keçirilən “İstehlakçıların əsas hüquqları və onların müdafiəsi” adlı tədbirdə bildirib.
“1995-ci ildə qəbul olunmuş qanuna indiyədək bir sıra dəyişikliklər edilib. Yaxın gələcəkdə qanuna əsaslı dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bununla bağlı müvafiq qurumlarla müzakirələr aparılır”, – deyə şöbə müdiri əlavə edib.