Xəbər axtarın

Son axtarış nəticələri:

Hasil Abbasov 2 müdiri işdən çıxardı

18.11.2026 12:23

Hasil Abbasov 2 müdiri işdən çıxardı
Dövlət Məşğulluq Agentliyində bir sıra rəhbər şəxslər vəzifələrindən azad olunublar.

Primeinfo.az Ölkə.az-a istinadla xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasovun əmri ilə Maliyyə departamentinin müdiri Şəms Qasımzadə kürsüsünü tərk edib.

Digər əmrlə, Elvin Məlikli İnzibati departamentinin Satınalma şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.

Ş.Qasımzadə sözügedən vəzifəyə ötən il, E.Məlikli isə cari ilin mayında təyin edilmişdi. Hələlik onların yerinə təyinatlar olmayıb.

Paylaş: