
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) yüksəkvəzifəli rəsmiləri ilə görüşlər keçirib.
Primeinfo.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun (DG ENEST) baş direktoru Gert Yan Kopman, Avropa İttifaqı Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Anna-Mariya Bura və Avropa Komissiyası Prezidentinin baş diplomatik müşaviri Simon Mordyu ilə konstruktiv müzakirələr aparılıb.
Görüşlərdə strateji prioritetlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
HHacıyevin sözlərinə görə, Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığının praktiki təşəbbüslər və konkret nəticələr əsasında daha da gücləndirilməsi yolları müzakirə edilib. Danışıqlarda xüsusilə nəqliyyat və kommunikasiya bağlantıları, eləcə də enerji təhlükəsizliyi məsələlərinə diqqət yetirilib.
Productive day of meetings, marked by constructive discussions with Gert Jan Koopman, Director General, DG ENEST, Ms. Anna-Maria Boura, Chief Foreign Policy Advisor to the President of the European Council, and Mr. Simon Mordue, Chief Diplomatic Adviser to the President of the European Commission.
We exchanged views on strategic priorities and shared interests, and discussed ways to further strengthen Azerbaijan-EU partnership through practical initiatives and results with key emphasis on connectivity and energy security.
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 17, 2026