195 və 195E nömrəli marşrut avtobuslarının hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, noyabrın 4-də Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Qobustan rayonu ərazisində yerləşən Qobustan körpüsünün köməkçi hissəsinin (Bakı istiqamətində) yenidən qurulması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq paytaxtın 567 nömrəli şəhərətrafı, eləcə də Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Qusar, Bakı-Quba, Bakı-Xudat şəhərlərarası və İkinci Nügədi – Heydər Əliyev prospekti (Quba) avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib. Primeinfo.az-a bu barədə AYNA-dan məlumat verilib. Bildirilib ki, Qobu qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 567 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs ”Xaliq Faiqoğlu” MMC; Bakı–Sınıq Körpü marşrutları üzrə fiziki şəxslər Abbasov Eyvaz Abbas oğlu və Əmiraslanov Orxan Nadir oğlu; Bakı–Zaqatala marşrutu üzrə fiziki şəxs Bilalov Bəxtiyar Bilal oğlu; Bakı–Qusar və Bakı–Quba marşrutları üzrə hüquqi şəxs “ALIOSMAN AĞASOY” MMC; Bakı–Xudat marşrutu üzrə hüquqi şəxs ”Logistics And Transport Services” MMC; İkinci Nügədi–Heydər Əliyev prospekti (Quba) marşrutu üzrə hüquqi şəxs ”Uğurlu Yol” MMC qalib elan olunublar.
Sərnişin axınının səmərəli idarə olunması, xətlərdə intervalın tənzimlənməsi və nəqliyyat qovşaqlarında sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, metronun “20 Yanvar” stansiyasının ətrafında və “Şamaxinka” adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması aparılaraq sərnişinlərin avtobuslara rahat və maneəsiz minib-düşməsi təmin edilir.
Noyabrın 1-dən metronun “Memar Əcəmi” stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşrut üzrə 10 ədəd “İsuzu Citibus” markalı, 156A nömrəli marşrut üzrə isə 4 ədəd “İsuzu HC45” markalı müasir və komfortlu avtobus daşımalara cəlb ediləcək.
Mehdiabad qəsəbəsində aparılan təmir işləri ilə əlaqədar 147 və 179 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, Mehdiabad qəsəbəsinin 28 May və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Paytaxtın Suraxanı rayonunda aparılan təmir işləri ilə əlaqədar 5 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, Cavid Cabbarzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar 106, 141, 168 və 169 nömrəli marşrutların avtobusları Heydər Əliyev prospekti, 214A nömrəli marşrutun avtobusları isə 25-ci Bülbülə küçəsi ilə hərəkət edir.
Sürücülərin rahatlığını təmin etmək və parklanma prosesini daha da asanlaşdırmaq məqsədilə “AzParking” mobil tətbiqinə bir sıra yeniliklər əlavə olunub. Primeinfo.az-a bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Dəyişikliklər istifadəçilərdən daxil olan müraciət, təklif və gündəlik istifadə təcrübəsinin təhlili əsasında hazırlanıb və parklanma prosesini daha rahat və operativ həyata keçirmək məqsədi daşıyır.
Hökməli – Puta yolunda (Çingiz Mustafayev küçəsi) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Məhdudiyyət səbəbindən 567 nömrəli müntəzəm marşrutun hərəkəti Qobu qəsəbəsinin Sona Salmanova küçəsi ilə, 553 nömrəli marşrutun hərəkəti isə “Yeni məhəllə” adlanan ərazi ilə təşkil edilib.
Oktyabrın 20-də “Sabah” futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Paytaxtın Sabunçu qəsəbəsində Mehdi Hüseynzadə küçəsinin Yeni Ramana küçəsi ilə kəsişməsindən 68 nömrəli məktəbin qarşısınadək olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyatı vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Məlumata görə, məhdudiyyət səbəbindən 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi müvəqqəti olaraq Yavər Əliyev küçəsində təyin edilib.