Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan-Ermənistan

ŞOK: Azərbaycan şərabında Ermənistan məhsulları? - FOTO - VİDEO - YENİLƏNİB

ŞOK: Azərbaycan şərabında Ermənistan məhsulları? - FOTO - VİDEO - YENİLƏNİB

“Xankəndi Xindoqnı” markalı şərabın şüşəsindən çıxarılan tıxacın üzərində “Armenian Wine” (erməni şərabı) yazılmasına aydınlıq gətirilib. Primeinfo.az xəbər verir ki, məsələ ilə bağlı “Gold Alko” MMC-nin təsisçisi və direktoru Mirdamət Mahmudov Oxu.az-a açıqlama verib. O bildirib ki, sözügedən şərablar Xocalı şəhərindəki keçmiş “Girs” şərab zavodunun istehsalıdır: “Qarabağda qalmış məhsullar səlahiyyətli qurumlar tərəfindən müvafiq müqavilələrlə rəsmi qaydada şirkətə təhvil verilib”.

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. Primeinfo.az ABŞ Dövlət Departamentinə istinadla xəbər verir ki,bu barədə noyabrın 6-da üç ölkənin hökumətləri tərəfindən yayılan birgə bəyanatda bildirilib. Bəyanata əsasən, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov TRIPP layihəsinin irəlilədilməsi məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə start veriblər.

Paşinyan: "Ermənistan və Azərbaycan arasında real sülh var"

Paşinyan: "Ermənistan və Azərbaycan arasında real sülh var"

“Ermənistan Azərbaycanla sülhü bərqərar edib. Bu, ötən ilin avqustun 8-də Vaşinqtonda, Ağ Evdə, ABŞ Prezidenti Donald Trampın dəstəyi və təşəbbüsü ilə baş tutub”. Primeinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Euronews”un Brüsseldə təşkil etdiyi “Avropanın gələcəyi” sammitində çıxışında deyib.

Artur Poqosyan: "Azərbaycan hərbçisinin heç kimi öldürmək niyyəti olmayıb"

Artur Poqosyan: "Azərbaycan hərbçisinin heç kimi öldürmək niyyəti olmayıb"

Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin məqsədi heç kimi öldürmək olmayıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Sputnik-Armenia” Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyana istinadən məlumat yayıb. O bildirib ki, Azərbaycan hərbçisi artıq dindirilib və ifadə verib.

Qriqoryan: "TRIPP-lə əlaqəli ərazilərdə Azərbaycanla delimitasiya növbədənkənar qaydada aparıla bilər"

Qriqoryan: "TRIPP-lə əlaqəli ərazilərdə Azərbaycanla delimitasiya növbədənkənar qaydada aparıla bilər"

Ermənistan TRIPP layihəsi çərçivəsində Sünik (Zəngəzur) vilayətində elektrik ötürücü xətləri, avtomobil və dəmir yollarının layihələndirilməsi işlərinə başlamağı planlaşdırır. Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini Mqer Qriqoryan bildirib. O, sərhədlərin delimitasiyasının növbəti mərhələsi ilə bağlı razılaşmanın hələ əldə olunmadığını, lakin yaxın vaxtlarda müzakirələrin aparılacağını və işlərin davam etdiriləcəyini deyib.

Mirzoyan: Bəyan edilən sülh regiondan kənardakı ölkələrə də real fayda gətirməlidir

Mirzoyan: Bəyan edilən sülh regiondan kənardakı ölkələrə də real fayda gətirməlidir

Cənubi Qafqazda bəyan edilmiş sülh təkcə region ölkələrinə deyil, həm də ondan kənara fayda verəcək konkret hərəkətlər və real nəticələrlə müşayiət olunmalıdır. Primeinfo.az xəbər verir ki,bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bəhreyndə keçirilən “Manama Dialoqu” forumunun yekun panel müzakirəsində çıxışı zamanı bildirib. “Cənubi Qafqazın təcrübəsi təkcə uzunmüddətli qarşıdurmanın nə qədər baha başa gəldiyini deyil, həm də diplomatiyanın yarada biləcəyi imkanları göstərir.

Paşinyan Səudiyyə şahzadəsi ilə Azərbaycanla münasibətləri müzakirə edib

Paşinyan Səudiyyə şahzadəsi ilə Azərbaycanla münasibətləri müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvandakı Hökumət binasında Səudiyyə Ərəbistanı Krallığından Şahzadə Əbdüləziz bin Talal Al Səudun rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyətini qəbul edib. Primeinfo.az xəbər verir ki, Paşinyan və Şahzadə Əbdüləziz bin Talal Əl Səud regional əhəmiyyət kəsb edən məsələlərə, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasının və Cənubi Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsinin həlledici əhəmiyyətini vurğulayıblar. Daha sonra Şahzadə “İnsan İnkişafı üzrə Şahzadə Talal Beynəlxalq Mükafatı” haqqında ətraflı danışıb və mükafatın əsas məqsədlərini açıqlayıb.