Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan və Tacikistan MN nümayəndə heyətlərinin görüşü keçirilib - FOTO 

12.11.2026 18:59

Azərbaycan və Tacikistan MN nümayəndə heyətlərinin görüşü keçirilib - FOTO 

“Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı”na əsasən “PUA bölmələrin, ordu dronlarının və dron operatorların hazırlığı sahəsində təcrübə mübadiləsi” mövzusunda görüş keçirilib.

Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, görüş qonaqlara Azərbaycan Ordusunun PUA sahəsində mövcud imkanları və perspektivləri barədə təqdimatlar nümayiş etdirilib.

Azərbaycan Ordusunun Vətən müharibəsi və sonrakı dövrlərdə keçirilən əməliyyatlar zamanı bu sahədə əldə etdiyi uğurlar barədə danışılıb.

Tərəflər müvafiq sahənin inkişafı istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Paylaş: