Xəbər axtarın

Son axtarış nəticələri:

Kallas: "Böyük Britaniyanın yenidən Aİ-yə qayıtmasını çox istərdim"

12.11.2026 18:44

Kallas: "Böyük Britaniyanın yenidən Aİ-yə qayıtmasını çox istərdim"

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Böyük Britaniyanın yenidən Avropa ilə yaxınlaşmasını arzuladığını bildirib.

Primeinfo.az xəbər verir ki, o, Avropa Siyasi Birliyinin sammiti ərəfəsində jurnalistlərə açıqlamasında bu barədə danışıb.

Kallasın sözlərinə görə, Böyük Britaniyanın Avropa İttifaqından çıxması qurumda müəyyən mənada mənfi təcrübə və çətin xatirələr yaradıb, buna görə də tərəflər arasında danışıqlar asan olmayacaq.

“Böyük Britaniyanın yenidən Avropaya qayıtmasını çox istərdim. Lakin əlbəttə ki, Böyük Britaniyanın İttifaqdan çıxması ilə bağlı Avropa İttifaqında hələ də müəyyən travmalar var. Buna görə də danışıqlar o qədər də asan olmayacaq. Bununla belə, düşünürəm ki, kiçik addımlarla irəliləyə bilərik. Əminəm ki, birlikdə olduğumuz zaman həm iqtisadiyyat, həm də təhlükəsizlik baxımından daha güclüyük”, – o vurğulayıb.

Paylaş: