Xəbər axtarın

Son axtarış nəticələri:

Pakistanda polislərə hücum edilib - 11 nəfər ÖLÜB

11.11.2026 19:40

Pakistanda polislərə hücum edilib - 11 nəfər ÖLÜB

Pakistanın şimal-qərbində, Xeybər-Paxtunxva vilayətində polis əməkdaşlarına hücum edilib.

Primeinfo.az “Reuters“ə istinadən xəbər verir ki, hücum nəticəsində 11 polis ölüb, daha 12 nəfər isə xəsarət alıb.

Eyni zamanda, beş polis avtomobili yandırılıb.

Məlumata görə, hadisə qanunsuz qızıl çıxaranlara qarşı reyd keçirən zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: