
ABŞ Prezidenti Donald Tramp İraqın Baş naziri Əli əz-Zeydindən Vaşinqtonla Tehran arasında vasitəçilik etməsini xahiş edib.
Primeinfo.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Əli əz-Zeydi Trampla telefon danışığı zamanı İranla dialoqun qurulmasına dair bir sıra təşəbbüslər irəli sürüb.
ABŞ Prezidenti həmsöhbətinin təklifləri ilə razılaşıb və ondan danışıqlar prosesinə qoşulmasını istəyib.
Al Hadath-ın məlumatına görə, bundan sonra Əli əz-Zeydinin rəhbərlik etdiyi nümayəndə heyəti gizli şəkildə Tehrana səfər edib.