Xəbər axtarın

Son axtarış nəticələri:

Ombudsman Aparatının kollektivi Zəfər abidəsinin önünə gül dəstələri düzüb - FOTO

08.11.2026 18:04

Ombudsman Aparatının kollektivi Zəfər abidəsinin önünə gül dəstələri düzüb - FOTO

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət ediblər.

Bu barədə Primeinfo.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Zəfər abidəsi önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyünün bərpası və torpaqların işğaldan azad edilməsi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.

Qeyd olunub ki, qazanılmış tarixi Zəfər xalqın birliyinin, milli iradəsinin və Azərbaycan Ordusunun qəhrəmanlığının təcəssümüdür: “Bu möhtəşəm Qələbə xalqın yaddaşında milli qürur və fəxarət rəmzi kimi əbədi yaşayacaq”.

Ombudsman Aparatının kollektivi Zəfər abidəsinin önünə gül dəstələri düzüb - FOTO Ombudsman Aparatının kollektivi Zəfər abidəsinin önünə gül dəstələri düzüb - FOTO

Paylaş: