Günün Fotosu - FOTO
Prezident İlham Əliyev və Zəfər Günü münasibətilə Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev və Zəfər Günü münasibətilə Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə mətbuata bəyanatlarla çıxış ediblər.
Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir. Primeinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib. Buna görə Türkiyə Prezidentinə xüsusi minnətdarlığını bildirən dövlətimizin başçısı düz 6 il bundan əvvəl Şuşa şəhərinin erməni işğalından azad edildiyini və ondan bir gün sonra Ermənistanın rəsmən təslim olduğunu xatırladıb.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan – Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyant yayıb. Primeinfo.az-ın məlumatına görə bəyanatda deyilir: “Son dövrlərdə Türkiyənin bəzi media orqanlarında və sosial media platformalarında Azərbaycana qarşı qərəzli informasiya kampaniyasının aparılması, eləcə də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi millət vəkilləri, Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral tərəfindən ölkəmizlə bağlı əsassız ittihamların səsləndirilməsi Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunda ciddi narahatlıq və təəssüf doğurur. Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətləri mövcuddur.
Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. Primeinfo.az xəbər verir ki, Bəyanatda deyilir: “Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələb edən BMT TŞ-nin 4 qətnaməsi və digər sənədləri özü icra edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ölkəmizin tarixində dönüş mərhələsi təşkil edib.
Azərbaycanın gənclər və könüllü təşkilatları 44 günlük Vətən müharibəsinin 6-cı ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar.
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva 27 Sentyabr – Anım Günü ilə əlaqədar bəyanat yayıb.
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası bəyanat yayıb.
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb.