Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Berlində mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar. *** 15:49 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Berlində mətbuata bəyanatlarla çıxış edirlər.
Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif silahlı münaqişə bölgələrində və yüksək riskli ərazilərdə Azərbaycan vətəndaşlarının fəaliyyət göstərməsi…
ABŞ-ın İranın cənubunda bir sıra bölgələrə hücumları nəticəsində 8 hərbçi ölüb. Primeinfo.az-ın məlumatına görə, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumatda ABŞ ordusunun hücumları zamanı İran Ordusunun Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin Bəndər-Abbas və Buşehr vilayətlərində xidmət edən 8 hərbçisinin öldüyü bildirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də mətbuata bəyanatlarla çıxış ediblər.
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər.
Pekindəki Xalq Nümayəndələri Sarayındə Rusiya–Çin birgə sənədlərinin rəsmi imzalanma mərasimi keçirilib. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin, xüsusilə, iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi barədə bəyanat imzalayıblar. Səfər çərçivəsində əməkdaşlıq sənədləri ilə bağlı müəyyən açıqlamalar verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata bəyanatlarla çıxış edirlər.
Məmdaninin Azərbaycana əsassız ittihamı ilə bağlı BƏYANAT – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış edirlər.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb. Ombudsman Aparatından Primeinfo.az-a verilən xəbərə görə, bəyanatda bildirilib ki, 1918-ci ilin mart-aprel aylarında baş vermiş hadisələr bu siyasətin ən qanlı və faciəvi təzahürlərindən biri olub, minlərlə günahsız insanın milli və dini kimliyinə görə qətlə yetirildiyi kütləvi qırğınlar kimi tarixə düşüb: “Tarixin müxtəlif mərhələlərində azərbaycanlılar ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalmış, milli və dini mənsubiyyətinə görə kütləvi şəkildə qətlə yetiriliblər. Xüsusilə XX əsrin əvvəllərindən etibarən ermənilər tərəfindən həm Azərbaycanın müxtəlif bölgələrində, həm də indiki Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı sistemli və amansız cinayətlər törədilib.