Suqovuşan–Kəlbəcər avtomobil yolunun 9-cu kilometrindən başlayaraq Ağdərə və Ağdam istiqamətində uzanan 33,8 kilometrlik avtomobil yolunda tikinti işləri davam etdirilir. Bu barədə Primeinfo.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, müxtəlif hissələri I, II və III texniki dərəcəyə uyğun inşa olunan yol 4 və 2 hərəkət zolaqlı olmaqla layihələndirilib.
Ağdamın iqtisadi güc mərkəzlərindən birinə çevrilməsi gözlənilir. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində təşkil olunmuş “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsində bildirib. “Vaxtilə Ağdam rayonunda 21 min hektardan çox üzüm bağı olub və respublikadakı üzüm bağlarının 28 %-ni təşkil edib.
Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə Primeinfo.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib. 12 sentyabr 2011-ci il təvəllüdlü, Ağdam rayon sakini Samirə Həsənova (şərti ad) oktyabrın 1-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə getməsi barədə ailəsi tərəfindən “102” Xidməti-Zəng Mərkəzinə məlumat daxil olub.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində 2026-cı il 5 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Ağdam rayonunun Gülablı kəndi ərazisində açıq sahələrdə güclü yanğın başlayıb. Primeinfo.az xəbər verir ki, yanğın küləyin təsiri ilə qısa müddətdə geniş əraziyə yayılıb. Hazırda alov Gülablı kəndi ərazisində yerləşən dağ massivindəki meşə zolaqlarına doğru irəliləyir.
Türkiyədən olan bir qrup media nümayəndəsi avqustun 4-də Qarabağa səfər çərçivəsində Ağdam şəhərində olub.
Ağdam rayonu ərazisində son günlər baş vermiş yanğın hadisələrinin səbəblərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, araşdırmalar çərçivəsində əraziyə qaldırılmış pilotsuz uçuş aparatı (PUA) və video-müşahidə kameralarının görüntüləri təhlil olunub.
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Peşə Hazırlığı Mərkəzi Ağdam şəhərində daha bir qrup sakin üçün peşə hazırlığı kursu açıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, kursda müdavimlərə tikişçi peşəsi üzrə nəzəri və praktiki biliklər tədris edilir, müasir istehsalat proseslərinə uyğun bacarıqlar öyrədilir. Onlar peşə hazırlığı kursunu bitirdikdən sonra Ağdamda fəaliyyətə başlayacaq “Komfy” MMC-də müvafiq işlə təmin olunacaqlar.