Türkiyədə “Halk TV”nin sahibi Cafer Mahiroğlu ilə bağlı aparılan istintaq çərçivəsində kanalın İstanbul ofisində axtarış aparılıb. Primeinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 17 şübhəli barəsində saxlanılma qərarı verilib. Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşlarının səhər saatlarında həyata keçirdikləri əməliyyat zamanı 17 şübhəlidən 11-i saxlanılıb.
Türkiyəli məşhur aktyor, şair və yazıçı Nihad Ziyalan vəfat edib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, aktyor 90 yaşında Avstraliyada dünyasını dəyişib.
Türkiyənin Adana şəhəri və 11 vilayətində silahlı cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat nəticəsində 73 nəfər həbs edilib. Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, əməliyyat Adana Baş Prokurorluğunun koordinasiyası ilə həyata keçirilib. Araşdırmalar nəticəsində cinayət törətmək məqsədilə təşkilat yaratma, qəsdən adam öldürməyə cəhd, qəsdən sağlamlığa zərər vurma, narkotik vasitələrin qanunsuz dövriyyəsi, silahlı hədə-qorxu, əmlaka zərər vurma və quldurluq daxil olmaqla 106 şübhəli müəyyən edilib.
Türkiyə Prezident Administrasiyası yanında Kibertəhlükəsizlik İdarəsi ölkədə uşaqların və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsini kəskin şəkildə məhdudlaşdıran normativ akt qəbul edib. Primeinfo.az xəbər verir ki, qərar noyabrın 1-dən etibarən qüvvəyə minəcək və bu barədə rəsmi “Resmi Gazete” bülletenində müvafiq sənəd dərc olunub. Yenilənmiş qaydalara əsasən, 15 yaşından kiçik şəxslərə sosial media platformalarından istifadə etmək tamamilə qadağan olunur.
Türkiyənin İstanbul əyalətinin Esenyurt bələdiyyəsində bəzi tenderlərdə saxtakarlıq edildiyi və podratçılardan rüşvət alındığı iddialarına yönəlik istintaq çərçivəsində keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.
Türkiyə ilin əvvəlində Ukraynaya az sayda “Korkut” zenit kompleksləri verib. Primeinfo.az xəbər verir ki, bu barədə “Middle East Eye” (MEE) vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Ukrayna “Korkut” komplekslərindən hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi və sınaqların keçirilməsi məqsədilə istifadə edib.
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək.
Məkkə sazişi çərçivəsində ortaq müdafiə məqsədilə yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin növbəti iclası oktyabrın 5-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək.
2022-ci ilin may ayında Azərbaycanda keçirilən “TEXNOFEST” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı böyük uğur qazandı.
Bu gün, 4 oktyabr tarixində Türkiyədə dörd dəfə zəlzələ olub. Primeinfo.az xəbər verir ki,bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Belə ki, ilk yeraltı təkanlar Muğlada 4,8 bal gücündə qeydə alınıb.