Xəbər axtarın

Son axtarış nəticələri:

Ağsuda qəza olub, ölən var

28.11.2026 10:45

Ağsuda qəza olub, ölən var

Ağsuda yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin ölüb.

Primeinfo.az xəbər verir ki, noyabrın 27-də axşam saatlarında Ağsu şəhəri ərazisində Ələddin Qədirovun idarə etdiyi “VAZ-2106” və Simran Əhmədlinin idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ-2106”-nın sürücüsü xəsarət alıb. Sərnişini olan arvadı, 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində ölüb.

Hadisə ilə bağlı cinayət işi başladılıb.

Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.

Paylaş: