Xəbər axtarın

Son axtarış nəticələri:

Oyuncaqların təhlükəsizliyi ilə bağlı texniki reqlament TƏSDİQLƏNDİ

26.11.2026 11:45

Oyuncaqların təhlükəsizliyi ilə bağlı texniki reqlament TƏSDİQLƏNDİ

Azərbaycanda “Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament Nazirlər Kabinetinin 7 oktyabr 2026-cı il tarixli 327 nömrəli Qərarı ilə təsdiqlənib və dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minəcək.

Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi” mövzusunda keçirilən tədbirdə məlumat verilib.

Bildirilib ki, yeni reqlament uşaqların və onlara nəzarət edən şəxslərin həyat və sağlamlığının qorunması məqsədilə oyuncaqların konstruksiyasına, istifadə olunan materiallara, kimyəvi, fiziki-mexaniki, elektrik və gigiyenik göstəricilərinə dair məcburi tələbləri müəyyən edir.

Qeyd edək ki, reqlament oyuncaq musiqi alətləri, uşaq topları, uşaq hovuzları və digər oyuncaq növlərini əhatə edir. Sənədə əsasən oyuncaqlar bazara buraxılmazdan əvvəl sertifikatlaşdırmadan keçməlidir.

Paylaş: