İstanbulda narkotik maddə istintaqı ilə bağlı saxlanılan 9 məşhur şəxs məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Primeinfo.az bu barədə NTV-yə istinadən xəbər verir. Məlumata görə, narkotik istintaqı çərçivəsində Özcan Dəniz, Dəniz Çakır, Burcu Özbərk də daxil olmaqla 9 nəfər məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Türkiyədə narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində məşhurlara qarşı yeni əməliyyat keçirilib. Primeinfo.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun qərarı ilə 35 məşhur haqqında saxlanılma qərarı çıxarılıb. Saxlanılan şəxslər arasında müğənni Özcan Dəniz, eləcə də aktrisalar Dəniz Çakır və Burcu Özberk də yer alıb.
Türkiyədə məşhurlara qarşı narkotik istintaqı davam edir. Primeinfo.az “Hürriyet”ə istinadən xəbər verir ki, yeni əməliyyat çərçivəsində keçmiş futbolçu Hasan Şaş və məşhur aktrisa Afra Saraçoğlunun test nəticələrində kokain maddəsi aşkarlanıb. Qeyd edilir ki, sentyabrın 18-də keçirilən xüsusi əməliyyat zamanı aktyor Aras Bulut İynemli, “Sefo” ləqəbli müğənni Seyfullah Sağır və aktrisa Melis Sezen də daxil olmaqla bir sıra məşhur adlar nəzarətə alınmışdı.
Türkiyədə tanınmış aktyor Aras Bulut İynemli və “Sefo” kimi tanınan repçi və digərləri Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən məşhurlara qarşı başladılan qadağan olunmuş maddə istintaqı çərçivəsində nəzarətə alınıblar. Primeinfo.az xəbər verir ki, tədbirlər “Məşhurlara qarşı narkotik araşdırması” çərçivəsində İstanbul İl Jandarma Komandanlığının əməkdaşları tərəfindən həyata keçirilib. Şübhəlilərdən narkotik vasitələrdən istifadə hallarının müəyyənləşdirilməsi məqsədilə bioloji nümunələrin götürülməsi və ekspertizaya göndərilməsi də tələb olunub.
Türkiyədə narkotik istintaqı çərçivəsində 25 nəfər saxlanılıb. Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Bakırköy rayonu Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində müğənnilər İlyas Yalçıntaş, Sıla Gençoğlu və prodüser Fatih Aksoy da daxil olmaqla, 25 şübhəli şəxs barədə saxlanılma qərarı çıxarılıb. Saxlanılan şəxslərlə bağlı bioloji müayinələr keçirilib, ifadələri alınıb.
Türkiyədə TRT-nin “Ateş denizi” serialının Beykoz Kundura Fabrikindəki çəkiliş meydançasına polis qrupları basqın edib. Qadağan olunmuş maddə istintaqı çərçivəsində serialda baş rolun ifaçısı Erdem Kaynarca saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən bildirib.
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan 23 şübhəlidən 14 nəfəri sərbəst buraxılıb, 9-u barəsində isə həbs qərarı verilib. Primeinfo.az bu barədə “Haberler.com”a istinadən məlumat verir. Tanınmış sənətçilər Ayşe Hatun Önal, Beren Saat, Kənan Doğulu, Kərimcan Durmaz, Berdan Mardini, Ozan Doğulu, Yaşar İpek, Enis Arıkan və Selin Ciğerci də daxil olmaqla 14 nəfər məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Türkiyədə məşhurlara qarşı narkotik istintaqı davam edir. Primeinfo.az “Hürriyet”ə istinadən xəbər verir ki, yeni əməliyyat çərçivəsində daha 22 nəfər saxlanılıb. Məlumata görə, saxlanılanlar arasında məşhur türkiyəli sənətçilər – müğənni Kənan Doğulu və həyat yoldaşı, aktrisa Beren Saat, müğənni Kerimcan Durmaz, aktyorlar Berdan Mardini və Enis Arıkan da daxil 22 nəfər var.
Türkiyənin məşhur aktyoru Onur Tunanın narkotik testinin nəticəsi müsbət çıxıb. Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində saxlanılan aktyorda test nəticəsində marixuananın təsiredici maddəsi aşkarlanıb. Hesabata əsasən, aktyor Onur Tuna, sosial media fenomeni Özgür Deniz Cellat və Zehra Hanzade Gürkanlar barədə aparılan analizlər müsbət nəticə verib.
Türkiyənin tanınmış aktrisası Serenay Sarıkaya İstanbulda həyata keçirilən “narkotik əməliyyatı” çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Primeinfo.az bu barədə “TRT Haber”ə istinadən bildirir. Məlumata görə, İstanbul şəhərində məşhurlarla bağlı aparılan narkotik maddə istintaqı çərçivəsində Bakırköy Respublika Prokurorluğu tərəfindən ümumilikdə 25 şübhəli barəsində saxlanılma qərarı qəbul edilib.