Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə "narkotik işi": Hasan Şaş və Afra Saraçoğlunun testində kokain tapıldı

30.09.2026 20:55

Türkiyədə "narkotik işi": Hasan Şaş və Afra Saraçoğlunun testində kokain tapıldı

Türkiyədə məşhurlara qarşı narkotik istintaqı davam edir.

Primeinfo.az “Hürriyet”ə istinadən xəbər verir ki, yeni əməliyyat çərçivəsində keçmiş futbolçu Hasan Şaş və məşhur aktrisa Afra Saraçoğlunun test nəticələrində kokain maddəsi aşkarlanıb.

Qeyd edilir ki, sentyabrın 18-də keçirilən xüsusi əməliyyat zamanı aktyor Aras Bulut İynemli, “Sefo” ləqəbli müğənni Seyfullah Sağır və aktrisa Melis Sezen də daxil olmaqla bir sıra məşhur adlar nəzarətə alınmışdı.

Araşdırma prosesində qan, saç və sidik nümunələri götürülən, daha sonra isə məhkəmə tərəfindən sərbəst buraxılan Hasan Şaşın test nəticəsi aydınlaşıb. Aparılan analizlərdə onun qan, sidik və saçında kokainə, həmçinin saçında əlavə olaraq kodein maddəsinə rast gəlinib.

İstintaq dövründə ölkə xaricində olan və geri qayıtdıqdan sonra İstanbul aeroportunda saxlanılan aktrisa Afra Saraçoğlunun da test nəticələri bəlli olub. Aktrisadan götürülən nümunələrin müayinəsi zamanı saçında kokain maddəsi tapılıb.

Əməliyyat çərçivəsində saxlanılan və yoxlamaların ardından sərbəst buraxılan Yağız Sabuncuoğlu və Aras Bulut İynemliyə edilən testlərdə isə hər hansı bir narkotik maddəyə rast gəlinməyib.

Paylaş: