
Türkiyədə tanınmış aktyor Aras Bulut İynemli və “Sefo” kimi tanınan repçi və digərləri Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən məşhurlara qarşı başladılan qadağan olunmuş maddə istintaqı çərçivəsində nəzarətə alınıblar.
Primeinfo.az xəbər verir ki, tədbirlər “Məşhurlara qarşı narkotik araşdırması” çərçivəsində İstanbul İl Jandarma Komandanlığının əməkdaşları tərəfindən həyata keçirilib.
Şübhəlilərdən narkotik vasitələrdən istifadə hallarının müəyyənləşdirilməsi məqsədilə bioloji nümunələrin götürülməsi və ekspertizaya göndərilməsi də tələb olunub.
Nəzarətə alınan şəxslərin siyahısı:
1. Aras Bulut İynemli
2. Seyfullah Sağır (Sefo)
3. Melis Sezen
4. Nilperi Şahinkaya
5. Hande Demir
6. Hasan Şaş
7. Melis İşiten
8. Yeliz Yeşilçimen
9. Anıl Durmuş
10. Hazal Filiz Küçükköse
11. Volkan Akçıray
12. Zeynep Akçıray
13. Eda Güzelcik
14. Sezer Çakır
15. Sayat Zurnacı
